“Biz Fələstinin işğalını yaşamışıq” Dünya

“Biz Fələstinin işğalını yaşamışıq”

İordaniya Senatının sədri: "Ona görə də hər zaman işğalın və güc tətbiqinin əleyhinə olmuşuq"

"Biz həmişə işğalın və güc tətbiqinin əleyhinə olmuşuq. İordaniya Senatında işğal əleyhinə deklarasiya qəbul etmişik".
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan İordaniya Senatının sədri Ravabdeh Abdulrauf deyib. O, İordaniyanın BMT çərçivəsində Dağlıq Qarabağ münaqişəsinə dair öz mövqeyini hər zaman ifadə etdiyini söyləyib: "Çünki biz də Fələstinin işğalını yaşamışıq".
İki ölkə arasında çox gözəl münasibətlərin mövcud olduğunu vurğulayan R. Abdulrauf bu əlaqələri daha da gücləndirmək niyyətində olduqlarını bildirib.