“Pakistanla Hindistan arasında həllini gözləyən məsələlər var” Dünya

“Pakistanla Hindistan arasında həllini gözləyən məsələlər var”

“Pakistanla Hindistan arasında illər boyu gərginlik hökm sürüb. İndidin özündə həllini gözləyən məsələlər var”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, ancaq iki dövlət dialoqdan da imtina etmirlər: “Şahbaz Şərif Pakistanın baş naziri seçildikdən sonra Hindistanın baş naziri Narendra Modi onu təbrik etmişdi: “Modi təbrikdə ölkəsinin bölgədə sülh və sabitlikdə maraqlı olduğunu yazmışdı. “Biz xalqlarımızın rifahı üçün çalışmalıyıq” yazan Modi iki ölkə arasın münasibətlərin inkişafına ümid etdiyini bildirmişdi.
Bu dəfə növbə Nəvaz Şərifə çatıb. Pakistanın baş naziri Narendra Modini Hindistanın üçüncü dəfə baş naziri seçilməsi münasibətilə təbrik edib. Nəvaz Şərif təbrik məktubunda bunları yazıb: “Narendra Modinin üçüncü dəfə vəzifəyə başlaması münasibətilə səmimi təbriklərimi bildirirəm. Partiyanızın son seçkilərdə qazandığı uğur xalqın rəhbərliyinizə inamını əks etdirir. Gəlin nifrəti ümidlə əvəz edək və bu fürsətdən istifadə edək ki, xalqlarımızın taleyini formalaşdıraq”. Modi pakistanlı həmkarının mesajını yüksək qiymətləndirdiyini bildirib və Hindistan xalqının hər zaman sülh, təhlükəsizlik və mütərəqqi sahələrin tərəfdarı olduğunu qeyd edib”.