24 Sentyabr 18:13
24 Sentyabr 16:44
Əmtəə bazarlarında qızıl 4 300 dollar civarında ticarət olunur
Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan baş qərargah rəisləri təcili toplanır
Netanyahu BMT-yə peycer gətirib və "Hizbullah"a qarşı əməliyyatı xatırladıb
Əraqçi: "Tramp administrasiyasına boğazın açılması və sülh üçün təklif göndərmişik"
11 İyun 2024 14:11
3 234
Ukraynanın böyük şəhərlərini Rusiyanın hava zərbələrindən qorumaq üçün 7 "Patriot" sisteminə ehtiyac var.
APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Berlində keçirilən Ukraynanın Bərpası Konfransında deyib.
Onun sözlərinə görə, yalnız Rusiyanı hava üstünlüyündən məhrum etməklə, Rusiya Prezidenti Vladimir Putini ədalətli sülhü nəzərdən keçirməyə məcbur edə bilərlər. Bunun üçün isə hava hücumundan müdafiə cavabdır.
"Almaniya hava hücumundan müdafiə sahəsində bizə kömək edən qlobal liderdir. "Patriot"lar, IRIS-T-lər və digər sistemlər üçün təşəkkür edirik. Böyük şəhərlərimizi qorumaq, Ukraynada normal həyatı təmin etmək üçün bizə ən azı 7 "Patriot" sistemi lazımdır”, - Prezident Zelenski vurğulayıb.
O qeyd edib ki, Ukrayna Almaniya, Niderland, ABŞ və digər tərəfdaşlarla birgə ölkəni hava hücumundan müdafiə ilə təmin etməyə çalışır.
“Bu, sülhün yaxınlaşdığına inamı bərpa edəcək”, - Ukrayna lideri əlavə edib.