“DEM bələdiyyələrində paralel idarəçilik PKK-nın kölgəsi altındadır” Dünya

“DEM bələdiyyələrində paralel idarəçilik PKK-nın kölgəsi altındadır”

“DEM-in məqsədi insanlara xidmət etmək, problemlərimizi həll etmək və ya ehtiyaclarımızı həll etmək deyil”. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı deyib: “Demək olar ki, bütün DEM bələdiyyələrində paralel idarəçilik PKK-nın kölgəsi altındadır”. Baxçalı Hakkari Bələdiyyəsinə müvəkkil təyin olunmasına da münasibət bildirib: “Terrorçuların işdən çıxarılması hüquq dövlətinin şərəfidir”.