22 Dekabr 16:47
22 Dekabr 16:09
22 Dekabr 12:44
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli ilə görüşüb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Budanov ABŞ-ın planı üzrə sülhə nail olmaq perspektivlərini nikbin qiymətləndirir
7 Avqust 2024 18:44
2 765
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində irəliləməsi dayandırılıb.
APA xəbər verir ki, bu barədə Rusiya Ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov prezident Vladimir Putinin Kursk vilayətində vəziyyətlə bağlı güc strukturlarının rəhbərlərinin iştirakı ilə keçirdiyi müşavirədə bildirib.
Qoşunların operativ idarə olunması məntəqələrindən birindən müşavirəyə onlayn qoşulan Gerasimov Putinə məruzə edib ki, Ukrayna Silahlı Qüvvələri avqustun 6-da səhər saat 5:30-da 1000 nəfərədək hərbçidən ibarət qrupla Sudjen rayonunun bir hissəsini ələ keçirmək üçün hücuma keçib.
"Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna hərbçilərinin itkiləri 315 nəfər təşkil edib (ən azı 100 nəfər ölüb, 215 nəfər yaralanıb). 54 zirehli texnika, o cümlədən 7 tank məhv edilib. Əməliyyat düşməni məğlub etməklə və dövlət sərhədinə çatmaqla başa çatacaq”, - Gerasimov deyib.
22 Dekabr 19:59
952
22 Dekabr 19:23
980
22 Dekabr 19:02
1 036