Tramp: ABŞ və İran 5 gün ərzində razılığa gələ bilər
23 Mart 16:55
14 Avqust 2024 13:42
2 499
Qəzza üzrə danışıqların növbəti mərhələsi avqustun 15-də Qətərdə baş tutacaq.
APA TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisinin müşaviri Dmitri Gendelman deyib.
O bildirib ki, İsrailin nümayəndə heyətinə MOSSAD-ın direktoru David Barnea başçılıq edəcək.
Avqustun 9-da Misir və Qətərin dövlət başçıları birgə bəyanatla tərəfləri atəşkəs müzakirələrini bərpa etməyə çağırıb. Onlar həmçinin yekun razılaşmanın mətnini hazırlamağı da öhdələrinə götürüb.
Qeyd edək ki, ötən il noyabrın sonunda Misir və Qətərin vasitəçiliyi ilə bir həftə davam edən humanitar atəşkəs nəticəsində 100-dən çox girov İsrail tərəfinə təhvil verilib.
Son məlumata görə, Fələstin silahlıları 115 nəfəri Qəzzada girovluqda saxlayır.
23 Mart 12:04
1 771
22 Mart 17:42
4 081
22 Mart 17:18
1 820