Zelenski “Şimal axını”nın partladılması planını təsdiqləmişdi Dünya

Zelenski “Şimal axını”nın partladılması planını təsdiqləmişdi

Ukrayna prezidenti Vladimir Zelenski “Şimal axını” qaz kəmərlərinin partladılması planını təsdiqləyib, lakin Mərkəzi Kəşfiyyat İdarəsi bundan xəbər tutandan sonra qərarını dəyişməyə çalışıb.

Bu açıqlama ilə “The Wall Street Journal” bir sıra mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Ukraynanın yüksək rütbəli rəsmiləri qaz kəmərlərində təxribatın mümkünlüyü barədə ilk dəfə 2022-ci ilin mayında danışmağa başlayıblar. İlkin plana görə, əməliyyatda kiçik yaxta və bir neçə dalğıcdan istifadə edilib.

TASS nəşrə istinadən xəbər verir ki, bütün razılaşmalar sənədlər şəklində sübut buraxmamaq üçün şifahi şəkildə bağlanıb. Zelenski bu planı təsdiqlədi, lakin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bundan xəbər tutdu. Departamentin tələbi ilə Ukrayna lideri əməliyyatın ləğv edildiyini açıqlayıb. Lakin Amerika nəşrinin yazdığına görə, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı nəinki onun tələbinə məhəl qoymayıb, həm də ilkin plana düzəlişlər edib.

Cavid