ABŞ Kremli İrəvandan qovacaq Dünya

ABŞ Kremli İrəvandan qovacaq

Amerika Rusiyanı Ermənistandan qovacaq.
Erməni politoloq İqor Muradyan belə deyir. Onun qənaətinə görə, Amerika qlobalizmi regional siyasətə dayanır: "Regionalizm olmadan ABŞ xarici siyasətini təsvir etmək olmaz. Hazırda ABŞ-da elə də böyük olmayan inqilab baş verib. Siyasi elita Obama və Klintonun təqdim etdiyi ideologiyanı müdafiə etdi. Məsələ ondadır ki, Amerika daha eqoist başqa ideologiya üzərində qurulub və yaşayır. Amerikalıları artıq deklarativ ideyalar bezdirib. Amerikalılar üçün yeni meydan Qara dəniz-Qafqaz regionudur. Ruslar ümid edirlər ki, amerikalılar bu ideyadan imtina edəcəklər, amma bu baş verməyəcək. ABŞ qarşısında konkret vəzifə var. Bu da rusları Ermənistandan qovmaqdır. Bu mütləq ediləcək, amma onun nə vaxt olacağını bilmirəm. Bunu son 20-30 il ərzində ruslara qarşı çıxan və onlarla vuruşan şəxslər edəcəklər. Burada gözlənilməz heç nə olmayacaq. Tramp Amerikanın xarici siyasətində ciddi rol oynamayacaq. Onun yerinə bu işlə iki qrup – realistlər və neokonservatorlar məşğul olacaqlar".