“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
5 Sentyabr 2024 08:20
2 828
ABŞ-da Respublikaçıların prezidentliyə namizədi Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə “TikTok”u xilas edəcəyinə və amerikalıların bu sosial şəbəkəyə çıxışını təmin edəcəyinə söz verib.
APA xəbər verir ki, Tramp bu barədə öz “Truth” sosial şəbəkəsindəki hesabında bildirib.
“TikTok”u ABŞ-da saxlamaq istəyən hər kəsə müraciət edirəm. Bu platformanı sevirsinizsə, Trampa səs verin. Əgər “TikTok” və ya ölkəmizin təhlükəsizliyi ilə maraqlanmırsınızsa, millətimizi məhv edəcək marksistləri dəstəkləyə bilərsiniz”, - deyə Tramp bildirib.
O, rəqiblərinin ABŞ-da “TikTok”u qadağan etmək niyyətində olduğunu da vurğulayıb. Tramp, hesabının təxminən 11 milyon izləyicisi olan bu platformada böyük ulduza çevrildiyini xatırladıb.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi “TikTok”a qarşı məhkəmə iddiası qaldıraraq şirkətin 13 yaşından kiçik uşaqlardan şəxsi məlumatları valideynlərinin razılığı olmadan topladığını və bunun qanun pozuntusu olduğunu qeyd edib.
19 Sentyabr 12:42
980
19 Sentyabr 12:38
931
19 Sentyabr 11:26
1 036