Türkiyə MN: Qətərdə helikopter qəzasında 3 nəfər TSK əməkdaşı şəhid olub
Hizbullah İsrailə hücumu edib, ölən var, İranın raket zərbələri davam edir
Putinin xüsusi nümayəndəsi Gürcüstan patriarxı II İlyanın dəfn mərasimində iştirak edib
50 kiloqrama yaxın narkotik vasitə və 500 ədəd metadon həbi aşkar edilib
10 Sentyabr 2024 16:23
3 514
Sentyabrın 24-də Ermənistanın Konstitusiya Məhkəməsi Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə hökumətlərarası birgə komissiyanın fəaliyyət reqlamentini nəzərdən keçirəcək.
APA-nın Ermənistan mediasına istinadən xəbərinə görə, bu barədə sözügedən qurumun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, məhkəmə kollegiyası tərəflər arasında avqustun 30-da imzalanan sənədin konstitusiyaya uyğunluğunu yoxlayacaq.
Məhkəmə kollegiyası rəy verdikdən sonra sənəd Ermənistan hökumətinin müzakirəsinə təqdim olunacaq.