Tramp: ABŞ və İran 5 gün ərzində razılığa gələ bilər
23 Mart 16:55
13 Sentyabr 2024 11:26
4 774
Böyük Britaniyanın Moskvadakı səfirliyindəki diplomatlar rus xalqına zərər vurmaq məqsədi daşıyan hərəkətlərə cəlb olunublar.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a bildirib ki, onların fəaliyyəti Vyana Konvensiyalarının hüdudlarından xeyli kənara çıxıb.
“Biz Britaniya diplomatlarının fəaliyyəti ilə bağlı Rusiya FTX-nin verdiyi qiymətləndirmələri tam bölüşürük”, - deyə Zaxarova vurğulayıb.
Bundan əvvəl Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat vermişdi ki, Böyük Britaniyanın Moskvadakı səfirliyinin siyasi şöbəsinin altı əməkdaşının akkreditasiyası dayandırılıb, onların əməllərində kəşfiyyat və təxribat işlərinin izləri aşkarlanıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Mərkəzi Seçki Komissiyasının yaydığı bəyanatda qeyd olunur ki, Böyük Britaniyanın beynəlxalq hərbi-siyasi vəziyyətin gərginləşməsini koordinasiya etdiyini göstərən sənədli materiallar daxil olub.
Cavid
23 Mart 12:04
1 666
22 Mart 17:42
3 997
22 Mart 17:18
1 750