17 Sentyabr 2024 08:48
3 717
ABŞ-nin Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndələrinə və digər şəxslərə qarşı tətbiq etdiyi sanksiyalar respublikada oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə müdaxilədir.
APA xəbər verir ki, bunu hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının icraçı katibi Mamuka Mdinaradze mətbuat konfransında deyib.
“Bu, bir tərəfdən polisə, digər tərəfdən quruma təhqir, üçüncü tərəfdən gürcü xalqının seçiminə, iradəsinə təsir etmək cəhdidir. Bu, Gürcüstan seçkilərinə müdaxilədir”, - Mdinaradze qeyd edib.
Siyasətçinin sözlərinə görə, seçkilər yaxınlaşdıqca partiya ABŞ-dən daha sərt sanksiyalar və bəyanatlar gözləyir.
11 Dekabr 22:53
1 099
11 Dekabr 21:41
1 211
11 Dekabr 20:48
1 372