Trampa sui-qəsd edəni 20 ilə qədər həbs cəzası gözləyir Dünya

Trampa sui-qəsd edəni 20 ilə qədər həbs cəzası gözləyir

ABŞ-da Respublikaçılar Partiyasının namizədi Donald Trampa qarşı sui-qəsd cəhdində şübhəli bilinən Ryan Rautu iki maddə üzrə 20 ilə qədər həbs cəzası gözləyir.

Bu barədə Associated Press (AP) məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Bildirilir ki, qeyri-qanuni odlu silah saxlamaq ittihamı ilə Rautu 15 ilə qədər həbs və 250 min dollar cərimə gözləyir. Silinmiş seriya nömrəsi olan odlu silaha sahib olmaqda ikinci ittiham beş il həbs cəzası və 250.000 dollar cərimə ilə nəticələnə bilər.

Cavid