.jpg)
170 azərbaycanlı işgəncələrlə öldürüldü
14 Fevral 22:52
14 Fevral 22:52
14 Fevral 22:51
14 Fevral 13:45
ABŞ prezidenti Co Bayden, çətin ki, sentyabrın 26-da Vaşinqtonda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra Qərbin uzaqmənzilli raketlərinin Rusiya ərazisinə dərin zərbələr endirməsi ilə bağlı qərarını açıqlasın.
Bu barədə “The Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
"Bu, həqiqətən də Britaniya-Amerika qərarıdır" - adının açıqlanmasını istəməyən NATO ölkələrinin birinin diplomatı deyib.
"Əsas problem odur ki, qırmızı xətlərin harada olduğunu bilmirik", - o, əlavə edib.
Nəşr qeyd edib ki, hətta Rusiya ərazisinə dərindən zərbə endirmək qərarı çox güman ki, münaqişənin gedişatını dəyişməyəcək, çünki Rusiya münaqişədə istifadə edilən Qərb silahlarını məhv etmək hüdudlarından kənara çıxardığı təyyarə və raket sistemlərini geri çəkib.
Cavid