“Fransa Azərbaycana qarşı qərəzlidir”
5 Oktyabr 20:23
5 Oktyabr 20:23
5 Oktyabr 18:39
30 Oktyabr 2024 22:58
2 807
Hazırda olan məlumata əsasən, İspaniyadakı daşqınlar nəticəsində xəsarət alanlar arasında azərbaycanlı yoxdur.
Xalqcebhesi.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq, Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, oradakı səfirliyimizə hər hansı müraciət daxil olmayıb.
Qeyd edək ki, İspaniyanın şərqindəki Valensiya bölgəsində çərşənbə axşamından başlayan leysan yağışları daşqınlara səbəb olub.
Təbii fəlakət nəticəsində avtomobillərə, qatar relslərinə, evlərə və binalara ziyan dəyib.
Daşqınlar nəticəsində azı 72 nəfər həlak olub.
5 Oktyabr 17:26
679
5 Oktyabr 16:00
784
5 Oktyabr 15:00
749