“Əlavə qaz ixracı mümkünsüzdür” — ekspert
11 Dekabr 23:02
11 Dekabr 23:02
11 Dekabr 22:51
11 Dekabr 22:44
11 Dekabr 22:36
3 Noyabr 2024 22:26
2 653
ABŞ prezidentliyi uğrunda mübarizə aparan respublikaçı Donald Tramp və demokrat Kamala Harrisin reytinqi açıqlanıb.
Xalqcebhesi.az xəbər verir ki, NBC-nin keçirdiyi son sorğuda namizədlərin eyni səs aldıqları üzə çıxıb.
Belə ki, Tramp kişilər arasında daha populyardır – 58% onu dəstəkləyir, cəmi 40% Harrisə səs verəcəyini bildirib.
Qadınlar arasında isə Harris 57%, Tramp 41% səs toplayıb.
Qaradərili seçicilər böyük çoxluqla Harrisin tərəfindədir – 87%; Tramp isə qaradərililərin cəmi 9%-dən müsbət cavab alıb.
Harris həmçinin 30 yaşdan kiçik seçicilər (57%; Tramp - 41%) və ağdərili kollec təhsilli seçicilər arasında (55%; Tramp 43%) Trampdan öndədir.
Tramp isə əyalət seçiciləri (75%; Harris 23%), ağdərili seçicilər (56%; Harris 42%) və kollec diplomu olmayan ağdərili seçicilər (64%; Harris 34%) arasında liderlik edir.
Qeyd edək ki, ABŞ-da prezident seçkisi 5 noyabrda keçiriləcək.
11 Dekabr 22:53
1 050
11 Dekabr 21:41
1 148
11 Dekabr 20:48
1 344