14 Fevral 16:00
13 Fevral 17:58
13 Fevral 16:57
6 Noyabr 2024 08:24
2 793
ABŞ-da keçirilən seçkilərdə Respublikaçı Donald Tramp prezident seçilərsə, Kanadanın NATO kontekstində müdafiə xərclərini artırmaq siyasəti dəyişməyəcək.
Bu barədə jurnalistlərə Kanadanın müdafiə naziri Uilyam Bleyr məlumat verib.
"Mən çox aydın olmaq istəyirəm. Biz müttəfiqlərimizə, o cümlədən ABŞ-a Kanadanın ÜDM-nin 2%-ni müdafiəyə xərcləyəcəyinə dair öhdəlik götürmüşük. Biz bu öhdəliyə sadiqik və onu həyata keçirəcəyik.", - deyə o bildirib.
Xatırladaq ki, bu ilin yayında Vaşinqtonda keçirilən NATO sammitində Kanadanın baş naziri Castin Trüdo ölkəsinin NATO öhdəliyinin bir hissəsi olaraq 2032-ci ilə qədər müdafiə xərclərini 2%-ə qədər artıracağını deyib.
14 Fevral 17:51
1 106
14 Fevral 15:58
1 393
14 Fevral 13:44
1 337