Böyük Britaniya ilə müxtəlif iqtisadi sahələrdə birgə fəaliyyətin təşviqi müzakirə edilib
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
Biznesin İnkişafı Fondu ASC-yə çevrilib, nizamnaməsi təsdiq edilib
Orta müddətli dövrdə dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin siyahısı dəyişib
“Yüksəliş” müsabiqəsinin 2026-cı ildə keçirilməsinə bir milyon manat ayrılıb
11 Dekabr 2024 08:33
2 275
Vaşinqton administrasiyası Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşmasına Suriyada hökumətin formalaşmasına dəstək verməyi təklif edərək bütün hakimiyyəti öz üzərinə götürməməyi tövsiyə edib.
Bu barədə “Reuters“ agentliyi məlumat yayıb.
Agentliyin ABŞ rəsmilərinin sözlərinə istinadən yaydığı məlumata görə, Bayden administrasiyası Suriya prezidenti Bəşər Əsədin devrilməsində böyük rol oynamış HTŞ-ni avtomatik olaraq ölkə rəhbərliyini ələ almağa deyil, əksinə, keçid hökumətinin formalaşdırılması üçün əhatəli prosesə başlamağa çağırıb.
Mənbələr ABŞ tərəfinin qruplaşmaya birbaşamı, yoxsa üçüncü tərəf vasitəsilə mesaj göndərdiyinə aydınlıq gətirməkdən imtina ediblər.