“Tənzilə Rüstəmxanlı: Sülh prosesi başlayıb”
27 Noyabr 22:39
27 Noyabr 22:39
27 Noyabr 21:12
27 Noyabr 20:55
23 Dekabr 2024 08:20
3 087
Yəməndəki husilər Qırmızı dənizdə ABŞ ordusuna məxsus F-18 tipli döyüş təyyarəsini məhv etdiklərini açıqlayıb.
Husilərin sözçüsü Yəhya Seri verdiyi açıqlamada ABŞ və İngiltərə koalisiyasının Yəməndə husilərə qarşı hücumlarına qarşı əməliyyat keçirdiklərini bildirib.
Əməliyyatda “USS Harry S. Truman” təyyarə gəmisi və döyüş gəmilərinin hədəf alındığını bildirən Seri, 8 raket və 17 pilotsuz uçuş aparatından istifadə etdiklərini deyib.
Husilərin hücumuna Qırmızı dənizdəki döyüş gəmilərinin əks hücuma keçdiyinə vurğulayan Seri, bu vaxt ABŞ ordusuna aid F-18 tipli döyüş təyyarəsinin onlar tərəfindən vurulduğunu deyib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) verdiyi açıqlamada isə “F/A-18” qırıcı təyyarəsinin "USS Gettysburg" kreyserindən təsadüfən açılan atəş nəticəsində qəzaya uğradığı bildirilir.
27 Noyabr 22:06
896
27 Noyabr 21:34
1 057
27 Noyabr 20:59
1 043