“Diaspor fəaliyyəti ən mühüm məsələlərdən biridir”
21 Sentyabr 18:58
21 Sentyabr 18:58
21 Sentyabr 17:37
21 Sentyabr 17:36
21 Sentyabr 16:57
24 Yanvar 2025 21:18
2 625
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Duysburq şəhərində naməlum şəxs Dəyanət İşləri Türk İslam Birliyinin (DİTİB) Mərkəzi məscidinin elektron ünvanına məktub göndərərək oraya bomba yerləşdirdiyini və günorta saatlarında partladacağını iddia edib.
Xalqcebhesi.az “Bild” qəzetinə istinadən xəbər verir ki, iddia ilə əlaqədar əraziyə xeyli sayda polis əməkdaşları cəlb olunub, məscid boşaldılıb və axtarış aparılıb. Əməliyyat nəticəsində məsciddə hər hansı partlayıcı maddə aşkarlanmayıb və məscid yenə ibadət üçün açılıb.
Eyni məzmunlu xəbərdarlıqlar Essen və Köln şəhərlərindəki DİTİB Mərkəzi məscidlərinə də göndərilib. Həmin məscidlərdə də polis tərəfindən axtarışlar aparılıb və bomba aşkar edilməyib.
Polis xəbərdarlıqlarla əlaqədar məscidlərdə mühafizə tədbirlərini davam etdirir.
Məscidlərdə cümə namazı zamanı hər hansı hadisə baş verməyib.
21 Sentyabr 21:29
567
21 Sentyabr 17:47
679
21 Sentyabr 17:31
693