“Pozitivin təbliğatı daha müsbət effekt verir”
24 Yanvar 11:48
24 Yanvar 11:48
23 Yanvar 21:20
23 Yanvar 16:40
23 Yanvar 16:07
15 Fevral 2025 00:18
2 555
Almaniyanın Lübek şəhərində bankdan 10 milyon avro oğurlayıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə şəhər polisinin məlumatında bildirilib.
Qeyd olunub ki, “Deutsche Bank”ın filialında cinayətkarlar 326 seyfi sındıraraq pulları oğurlayıblar.
Məlumata görə, bankın saxlanc hissəsində nə kameralar, nə də hərəkət sensoru olub.
Polisin məlumatına görə, cinayətkarlar çantalarını pul, qızıl və qiymətli kağızlarla doldurub, daha sonra avtomobillə naməlum istiqamətə gediblər.
Cinayətkarların axtarışları davam etdirilir.