Trampın dostlarından daha biri qalmaqal yaradır Dünya

Trampın dostlarından daha biri qalmaqal yaradır

Lakin bu arada "The Guardian" yazır ki, Donald Trampı bürüyən qalmaqallar hər gün yeni adlarla zənginləşməkdə davam edir. Xəbər verilir ki, Donald Trampın yaxın dostu və onun prezident seçkisi kampaniyası üçün nəhəng məbləğdə vəsait toplamış şəxs İtaliyada vergidən yayınma üzrə təhqiqata cəlb edilib. Belə hesab edilir ki, Tomas Barak Donald Trampın seçki kampaniyasının maliyyələşdirilməsində, habelə Kremllə əlaqələrdə ittiham olunan keçmiş lobbiçi Paul Manafortun Tramp kampaniyasına cəlb edilməsində böyük rol oynayıb.
"The Guardian" yazır ki, 2016-cı ildə respublikaçıların qurultayında nitq etmiş cənab Barak hazırda İtaliyanın rəsmi orqanları tərəfindən külli miqdarda vergidən yayınma iddiası üzrə araşdırılır. Məqalədə deyilir ki, Barak Sardiniya adasındakı dəbdəbəli kurortun alqı-satqısı zamanı 190 milyon dollarlıq vergi ödənişindən yayınıb. Bununla belə, qeyd olunur ki, Barak və başqa icraçı direktorlara qarşı hələlik rəsmi ittiham irəli sürülməyib. Barakın Koloni Kapital firması iddialar barədə sorğulara cavab verməkdən imtina edib.
"The Guardian" yazır ki, istintaq sənədləri təhqiqatın aparılmasında dinləyici qurğulardan istifadə edildiyini göstərir. Prezidentin İnaqurasiya Komitəsinin sədrliyini etmiş Barak bu ilin əvvəllərində Wall Street rəhbərlərinin qarşısında etdiyi çıxışında demişdi ki, Trampın proqnozlaşdırılmaması ona xarici liderlərin ehtiramını qazandırıb. "The Guardian" yazır ki, müğənni Maykl Ceksonun hələ sağlığında onun Neverland rançosunu bağlanmaqdan xilas etmiş Barak Trampın namizədliyini qəbul edən ilk nəhəng biznes adamı olub.