“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
17 Aprel 2025 14:28
2 422
PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanla görüşmüş DEM Partiyasının heyəti ilə danışıqlar təxirə salınıb.
APA xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç jurnalistlərə açıqlamasında bildirib.
Danışıqların təxirə salınmasının DEM Partiyanın həmsədri Sırrı Süreyya Önderin ötən gün infarkt keçirməsi və xəstəxanaya yerləşdirilməsi ilə əlaqədar olduğu bildirilib.
Xatırladaq ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “Silahı yerə qoyun!” çağırışı yer alıb. PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib
19 Sentyabr 12:42
973
19 Sentyabr 12:38
924
19 Sentyabr 11:26
1 022