22 Dekabr 16:47
22 Dekabr 16:09
22 Dekabr 12:44
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli ilə görüşüb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Budanov ABŞ-ın planı üzrə sülhə nail olmaq perspektivlərini nikbin qiymətləndirir
20 Aprel 18:03
2 247
İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almağa can atır. Lakin problemi diplomatiya yolu ilə həll etməyə hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar deyib.
Nazir Fransanın Fələstin dövlətini tanıması məsələsinə toxunub və İranın nüvə silahı əldə etməsi təhlükəsindən də danışıb. O, həmçinin İsrailin may ayında İrana hücum etməyi planlaşdırdığı barədə xəbərləri təkzib edib.
"Mən Təhlükəsizlik Kabinetinin və bütün qapalı forumların üzvüyəm. Belə bir qərarı xatırlamıram. Belə qərarın verildiyini düşünmürəm. Amma İsrail İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq məqsədinə sadiqdir. Bu məqsədə diplomatik yolla nail olmaq olarsa, bu, qəbul edilir", - Saar deyib.
Siyasətçi həmçinin vurğulayıb ki, İsrail hakimiyyəti İrandakı nüvə silahı ilə bağlı ABŞ və Avropa ilə əlaqə saxlayır:
"İran öz beynəlxalq öhdəliklərinə həmişə qeyri-ciddi yanaşıb. İstisna etmirəm ki, onlar nüvə silahı ilə bağlı lazımi həllə nail olmaqdan yayınmaq üçün bəzi qismən razılaşmalar əldə etməyə çalışacaqlar. İran zəif vəziyyətdədir və məqsədə çatmaq üçün bundan istifadə etmək lazımdır".
22 Dekabr 19:59
1 148
22 Dekabr 19:23
1 155
22 Dekabr 19:02
1 239