İrandan Azərbaycana 16 kiloqrama yaxın narkotikin keçirilməsinin qarşısı alınıb
Türkiyə Sığorta Birliyi: 2030-cu ilə kimi sığorta bazarını ikiqat artırmağı hədəfləyirik
Şimali Koreyanın xarici işlər naziri ABŞ-ı ehtiyatsız hərbi genişlənmədə ittiham edib
Malayziya BRICS-ə qoşulmaq üçün müraciəti ilə bağlı cavab gözləyir
22 Aprel 12:08
1 932
Biz Azərbaycan və Ermənistan arasında sülh sazişini alqışlayırıq və qeyd edirik ki, Gürcüstan regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə töhfə verməyə hazırdır.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın XİN başçısı Maka Boçorişvili ATƏT Baş Katibi Feridun Sinirlioğlu ilə birgə mətbuat konfransında deyib.
“Biz bir daha Azərbaycan və Ermənistan arasında sülh sazişini alqışlayırıq və qeyd edirik ki, Gürcüstan regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə töhfə verməyə hazırdır. Şadam ki, keçən həftə Tbilisidə Xarici İşlər Nazirlikləri arasında üçtərəfli görüş keçirildi. Görüş ilk dəfədir ki, Gürcüstan, Ermənistan və Azərbaycanın Xarici İşlər nazirlikləri arasında keçirilib və ümid edirəm ki, bu formatda biz regionun rifahı naminə əməkdaşlıq edə biləcəyik”, - Boçorişvili qeyd edib.