“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
8 May 2025 08:01
2 289
İspaniyanın Baş naziri Pedro Sançez Baş Assambleyada keçiriləcək iclasda Qəzza ilə bağlı qətnamə layihəsini Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına təqdim edəcəklərini bildirib. Sançez bildirib ki, bu qanun layihəsi Qəzzada dinc və günahsız insanların öldürülməsinin dayandırılması və çoxtərəfli kanallar vasitəsilə humanitar yardımın çatdırılması üçün təcili tədbirlər təklif etmək məqsədi daşıyır.
Xalqcəbhəsi.az “sabah.com.tr” saytına istinadla qeyd edir ki, Fələstin Dövlətini birgə tanıyan İspaniya və İrlandiyanın Qəzzaya hücumun başlanğıcından bu yana İsraildən həm silah alışını, həm də satışını dondurmaq qərarına gələn yeganə Avropa ölkəsi olduğunu qeyd edən Sançez, “Bu qərar təkcə beynəlxalq humanitar hüquqa uyğunluq baxımından beynəlxalq məsuliyyətin etik prinsiplərini əks etdirmir, həm də demokratik dəyərlərimizi müdafiə etmək və vurğuladığım texnoloji suverenliyə yönəlik şüurlu bir strategiyadır. İspaniya Yaxın Şərqdə sülhə və Fələstinin gələcəyinə ən sadiq olan ölkələrdən biridir” deyə vurğulayıb.
30 Dekabr 2025 18:03
2 086
30 Dekabr 2025 17:54
2 023
30 Dekabr 2025 16:38
2 128