Britaniya 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edə bilər
Şərurda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Rəsmi Bakı Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümid edir
Ceyhun Bayramov Venesuela XİN rəhbəri ilə Karakasdakı son hadisələri müzakirə edib
Rusiya XİN İranın daxili siyasətinə xarici müdaxiləni pisləyir
23 May 2025 08:03
2 233
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə söhbətdən sonra Aİ-nin yeni anti-Rusiya sanksiyaları tətbiq etmək planını məhv edib.
Bu barədə "The Guardian" yazır.
Məqalədə qeyd olunur ki, avropalı siyasətçilərin Trampın “Kremlə təzyiqi artırmağa cəhd edə biləcəyi” ilə bağlı ümidləri iki lider arasında bu yaxınlarda baş tutan telefon danışığından sonra puç olub.
Məqalə müəllifinin qeyd etdiyi kimi, Tramp atəşkəsdən imtina etdiyinə görə Rusiyaya qarşı “kütləvi” sanksiyalar tətbiq etmək əvəzinə, Moskva ilə ticarətin bərpası ehtimalını gündəmə gətirib. Onun sözlərinə görə, avropalılar bundan sadəcə şoka düşüblər.
“Avropadakı insayderlər qorxur ki, ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltsa, Avropa birliyi pozula bilər”, - məqalədə deyilir.
Jurnalist yazır ki, böyük problem Macarıstanın iyulda Avropa sanksiyalarının uzadılmasını əngəlləmək qərarı ola bilər. “Bu, Rusiya Mərkəzi Bankının Avropa İttifaqında dondurulmuş 2,1 milyard avro dəyərində aktivlərinə qoyulan məhdudiyyətlərə son qoya biləcək partlayıcı addım olardı”, o, yekunlaşdırıb.
Cavid