
Avstraliyada köpək balığı dəhşəti: Sörfçü həyatını itirdi
6 Sentyabr 17:55
6 Sentyabr 17:55
6 Sentyabr 17:49
6 Sentyabr 13:59
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
İsrail əsgərləri Qəzzada yardım istəyən mülki şəxslərə atəş açıb. Hücum nəticəsində çoxlu fələstinli həyatını itirib, onlarla insan yaralanıb.
Xalqcəbhəsi.az “TRT Haber”ə istinadla qeyd edir ki, BMT Qəzzada yardım almağı gözləyən dinc əhalinin qətliamını dəhşət verici adlandıraraq müstəqil araşdırma aparmaq çağırışı edib.
Bildirək ki, hücumdan sonra bölgədə dəhşətli mənzərə yaranıb. 179 yaralı Qızıl Xaç Cəmiyyətinin Rəfahdakı səhra xəstəxanasına gətirilib, onlardan 21-i xəstəxanaya çatanda dünyasını dəyişib. HƏMAS-a bağlı Mülki Müdafiə Bölməsi ölənlərin sayının 31-ə çatdığını bildirib.
Hücuma məruz qalanlar aclıqdan taqətdən düşmüş və kömək gözləyən dinc sakinlərdir. Sərhədsiz Həkimlər (MSF) çox sayda ağır yaralının gətirildiyini, bəzilərinin bədənində güllə və qəlpə izləri olduğunu açıqlayıb.
İsrail ordusu mülki şəxslərin vurulması ilə bağlı xəbərləri "əsassız" adlandırsa da, bölgədə fəaliyyət göstərən səhiyyə təşkilatları hücumun sistematik olduğunu, əsasən qadın və uşaqları hədəf aldığını vurğulayıb.