12:15
364
Milli Məclis Səbinə Əliyevanın Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə növbəti müddətə seçilməsi barədə qərar qəbul edib.
“Xalqcəbhəsi.az” xəbər verir ki, məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Səsvermənin nəticələrinə əsasən, Səbinə Əliyeva səs çoxluğu ilə yenidən Ombudsman seçilib.
Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunan sənəddə Ombudsman vəzifəsinə üç namizədin – Səbinə Əliyeva, Ceyhun Qaracayev və Elşanə Vəliyevanın namizədliyi irəli sürülüb.
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Qanuna əsasən, Ombudsman 7 il müddətinə seçilir. Eyni şəxs bu vəzifəyə iki dəfədən artıq seçilə bilməz.
Xatırladaq ki, Səbinə Əliyeva ilk dəfə 29 noyabr 2019-cu ildə Milli Məclis tərəfindən Ombudsman seçilib.
Günel Elxan
12:19
350
11:47
560
11:43
511