13 İyun 10:19
14 İyun 2025 23:53
3 031
Tehran qubernatoru Məhəmməd Sadiq Mötəmedian Tehran şəhəri və əyalətinin icra strukturlarının əməkdaşlarına iyunun 18-nə qədər uzaqdan iş rejimində işləməyə göstəriş verib.
APA xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
"Tehran qubernatoru Tehran şəhəri və vilayətindəki icra orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı bildirib ki, əyalətdəki icra strukturlarının bütün işçiləri, xüsusilə də qadınlar, iyunun 18-nə qədər uzaqdan işləmə rejimində fəaliyyət göstərməlidirlər", - məlumatda deyilir.
14 İyun 12:25
1 428
14 İyun 12:23
1 477
14 İyun 11:09
1 652