İranda MOSSAD əməliyyatı: 31 nəfər saxlanılıb Dünya

İranda MOSSAD əməliyyatı: 31 nəfər saxlanılıb

İranda İsrailin xarici kəşfiyyat xidməti MOSSAD adından fəaliyyət göstərdiyi müəyyən edilən şəxslərə qarşı əməliyyat keçirilib.

Xalqcəbhəsi.az “A haber”ə istinadla qeyd edir ki, Qum Əyalətinin Kəşfiyyat Polis İdarəsindən verilən açıqlamada bildirilib ki, sionist rejimin hücumlarının ilk günündən (13 iyundan) ictimaiyyəti çaşdıran və rejimin lehinə təbliğat aparan 22 nəfər İsraillə bağlantılı olduqları şübhəsilə müəyyən edilərək saxlanılıb. “Şübhəlilər əməliyyatlardan sonra ədliyyə orqanlarına sövq ediləcək” deyə qeyd olunub.

Buşəhr Polis İdarəsinin həyata keçirdiyi əməliyyatlarla bağlı verdiyi açıqlamada "Cəmiyyətin psixoloji təhlükəsizliyini pozmaq və sionist rejimə dəstək olmaq məqsədi daşıyan fəaliyyətlərdə iştirak edən 9 nəfərin müəyyən edilərək saxlanıldığı bildirilib. Şübhəlilər məhkəmə orqanlarına sövq edilib, hadisə ilə bağlı araşdırma aparılır".