Rusiya: Donetskdə 2 yaşayış məntəqəsi nəzarətimizə keçdi Dünya

Rusiya: Donetskdə 2 yaşayış məntəqəsi nəzarətimizə keçdi

Rusiya Müdafiə Nazirliyi Donetsk bölgəsində yerləşən Novosergeyevka və Şevçenko yaşayış məntəqələrinin nəzarətlərinə keçdiyini açıqlayıb.

Xalqcebhesi.az xəbər verir ki, Nazirliyin verdiyi məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Ukraynada həyata keçirdiyi əməliyyatlarla bağlı son vəziyyət ictimaiyyətlə paylaşılıb.

Bəyanatda Rus qoşunlarının Ukrayna cəbhəsində irəlilədiyi vurğulanaraq, “Mərkəz və Şərq hərbi qruplarına bağlı bölmələr Donetsk Xalq Respublikasının Novosergeyevka və Şevçenko yaşayış məntəqələrini azad etdi,” – deyə bildirilib.

Açıqlamada son 24 saat ərzində Ukraynaya məxsus 205 pilotsuz uçuş aparatının (PUA) Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi də qeyd olunub.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi dünən Donetsk bölgəsindəki Yalta yaşayış məntəqəsini də nəzarətə götürdüklərini bildirmişdi.

Məryəm Quliyeva