

SHOT: Rusiya Silahlı Qüvvələri Odessadakı «Stalkanat» zavodunun ərazisində yerləşən ərazi komplektləşdirmə mərkəzinin (TCK) yeraltı idarəetmə binasını məhv edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb. Məlumatda bildirilir ki, kəşfiyyat Ukrayna Silahlı Qüvvələrinin (USV) rəhbərlərinin Odessadakı TCK-nın qərargahını zavodun -1 və -2 mərtəbələrində aşkar edib.
Rusiya qüvvələri «Geran» tipli doqquz pilotsuz uçuş aparatından istifadə edərək həmin obyektə zərbə endirib. Nəticədə, hərbi komissarlığın rəhbərlərinin gizləndiyi otaqlar dağıdılıb.
11 iyul səhəri Ukrayna «Obşçestvennoye» telekanalı Odessada partlayış baş verdiyini xəbər verib. Ukrayna rəqəmsal transformasiya nazirliyinin onlayn xəritələri partlayış zamanı Odessaya hava həyəcanı elan olunduğunu göstərir.
10 iyulda TASS agentliyi mənbəyə istinadən yazıb ki, Rusiya xüsusi xidmət orqanları Odessadakı TCK əməkdaşlarının tam siyahısına malikdir. Məlumata görə, bütün hərbi komissarların məlumatları bir verilənlər bazasında birləşdirilib.
Məryəm Quliyeva