Tailandda hərbi vəziyyət elan edilib Dünya

Tailandda hərbi vəziyyət elan edilib

Siyasi böhranın davam etdiyi şəraitdə Tailand ordusu ölkədə hərbi vəziyyət elan edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hərbi vəziyyət ölkədə qanun və asayişi qorumaq məqsədilə tətbiq edilib. Həmçinin hərbçilər bunun çevriliş olmadığını bəyan ediblər.
Bundan əvvəl, ölkənin Quru Qoşunlarının Komandanı, general Prayut Çan Oç paytaxt Banqkokda iğtişaşlara son qoyulmasa hərbçilərin sərt müdaxiləsini vəd etmişdi.
Qeyd edək ki, Tailandda hökumətə qarşı etiraz aksiyaları altı aydan çoxdur ki, səngimək bilmir.