Tramp: "Kompensasiyanı ABŞ yox, İran ödəməlidir" Gündəm

Tramp: "Kompensasiyanı ABŞ yox, İran ödəməlidir"

ABŞ Prezidenti Donald Tramp təzminatı Birləşmiş Ştatların deyil, İranın ödəməli olduğu barədə fikrini növbəti dəfə ifadə edib.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Demək olar ki, onlar (İran hakimiyyəti) onlara vurduğumuz zərərin əvəzinin ödənilməsini və ya təzminat tələb edirlər. Mən dedim ki, bu yaxşı ideyadır. Biz onların 50 ildən artıq müddətdə vurduğu zərərə görə pul tələb edəcəyik. Əgər təzminat ödənilməlidirsə, hesab edirəm ki, bunu İran ödəməlidir", — siyasətçi belə hesab edir.

Trampın sözlərinə görə, ABŞ, xüsusən də respublikadakı etiraz iştirakçılarının ailələrinə İran hakimiyyəti tərəfindən kompensasiya ödənilməsinə nail ola bilər. Tramp həmçinin 2000-ci ildə "Əl-Qaidə" terror qruplaşmasının yaraqlıları tərəfindən Amerikanın "Cole" esminetsinin partladılmasına görə məsuliyyəti növbəti dəfə İranın üzərinə yıxmağa cəhd edib. ABŞ prezidentinin sözlərinə görə, Amerika tərəfi buna görə İrandan əvəz ödənilməsini tələb edə bilər.

Tramp bu mövqeyini avqustun 10-da "Truth Social" şəbəkəsində də ifadə etmişdi.

Məryəm Quliyeva