İsrail üçün qara xəbər : Yaxın Şərqdə qüvvələr balansı dəyişir Dünya

İsrail üçün qara xəbər : Yaxın Şərqdə qüvvələr balansı dəyişir

ABŞ nəşri "The American Conservative" yazır ki, "İsrail bölgədə "İranın üstünlüyü"ndən cinlənib. İranın təcridinə son qoymuş 2015-ci il nüvə sazişi iflas idi, Bəşər Əsədin Suriya hökuməti, "Hizbullah"dan və iranlı müttəfiqlərinin qələbələr silisləsi isə yoxlama atəşi oldu".
"İsrail itirilmiş təsir rıçaqlarını ABŞ və Rusiyanın yardımı ilə əldən qapmağa cəhd etdi. O, İran və ona müttəfiq qoşunların ABŞ və Rusiyanın iyunda "təhlükəsizlik zolağı" yaratdığı cənubi Suriyaya yaxınlaşmaması zəmanətinə nail ola bilmədi". İsrailin baş naziri Benyamin Netanyahunun Rusiya prezidenti Vladimir Putinlə məsləhətləşməsi də heç nəyə gətirib çıxarmadı. Sakit Putin "həyəcanlanmış" Netanyahuya deyib: "İran Yaxın Şərqdə Rusiyanın strateji müttəfiqidir" və tərəfdaşlıq təklif edib: "İsrail də Rusiyanın bölgədə mühüm tərəfdaşıdır".
İsrailin baş naziri və başqa yüksək çinli rəsmiləri bu görüşdən sonra həmləyə keçərək "nəyin bahasına olur-olsun Suriyada İranın iddialarından qorunmağı" vəd edib və "Əsədin Dəməşqdəki sarayına hərbi hücumlar" hədəsi gəliblər.
Şübhəsiz, Moskvada unutmayıblar ki, İsrail Netanyahunun Putinlə son görüşündən dərhal sonra martda bəziləri Rusiya qoşunlarına yaxınlaşan onun müttəfiqinə zərbə endirməyə başlayıb. Görünür, Putin bu dəfə İsraillə yeni qırmızı xətlərin bölgüsünə köklənib. Ruslar Netanyahu ilə görüşdən sonra Suriya ilə "400 km-dək radiusda və 35 km-ədək hündürlükdəki hədəfi məhv etməyi bacaran" hava hücumundan vahid müdafiə sistemi yaratmaq haqda məlumat veriblər.
"Hizbullah", Livan silahlı qüvvələri (LSQ) və Suriya Ərəb Ordusu (SƏO) bu yaxınlarda İŞİD və "əl-Qaidə" yə bağlı "ən-Nusra" qruplaşmaları tərəfindən Şərqi Livanın çoxillik işğalına nöqtə qoyub. Bu üç qüvvə "ən-Nusra"nı altı, İŞİD-i isə doqquz günə qovduğu hərbi hücuma başlayıb. "Hizbullah"ın başçısı Həsən Nəsrullah uğurlu əməliyyatı "İkinci qurtuluş" adlandırıb – birincisi 2000-ci ildə Livanın israillilərdən azad edilməsi hesab olunur. "Hizbullah" və LSQ bu döyüşdən əvvəlki illərdə Livanda səyləri əlaqələndirib ki, bu da israillilər və amerikalıları özlərindən çıxardıb. ABŞ LSQ-i hazırlıq və silahla təmin edir, amma "Hizbullah" da Livan hökumətinin tərkib hissəsi olsa da, Livan müqavimət qrupunu terrorçu təşkilat sayır.
Livan-Suriya sərhədyanı bölgənin azad edilməsi İsraillə cənub sərhədi daxil olmaqla digər cəbhələrdə yerləşmək üçün təkcə "Hizbullah"ın əl-qolunu açmayıb, həm də az önəmli deyil ki, bu, SƏO-nun böhranın əvvəlindən bəri terrorçulardan geri aldığı ilk Suriya sərhədidir.
İŞİD-in Suriyanın şərqində SƏO və müttəfiqlərinə təhvil verdiyi min kilometrdən kənarda terrorçular İsrailin işğal etdiyi Holan təpələrində kiçik bir ərazini tutublar. Suriyanın cənubi-qərbindəki bu rayon bir neçə başqa döyüş dəstələri, birinci növbədə "ən-Nusra" üçün bazadır və yaralı döyüşçülər bir qayda kimi, İsrail həkimlərinin yanına gedirlər.
Xəbər verildiyi kimi, bu münaqişə zamanı Suriyaya müttəfiq qoşunlara onlarla zərbə endirmiş israillilər "ən-Nusra" və yaxud İŞİD-ə nadir hallarda hücum ediblər. İsrail müdafiə naziri Moşe Yaalon 2016-cı ildə "Suriyada İranla İŞİD arasında seçim edilsə, mən İŞİD-i seçərəm" deməklə qəzet başlıqlarına düşüb. İsrailin bəzi siyasətçiləri bu xətti dəstəkləyib – İsrail analitik mərkəzinin bu yaxınlardakı "İŞİD-in məhvi strateji səhvdir" adlı məruzəsi İranın bölgəsəl hegemonluq cəhdlərinə mane olan İŞİD-ə dəstəyi arqumentləşdirir. İsrailin İrana ilişdiyi nəzərə alınmaqla təəccüblü deyil ki, Suriyada İŞİD-ə qarşı bu yaxınlardakı qələbələr dalğası Təl-Əvivdə təşviş doğurub. Cənubda təhlükəsizlik zonası haqda saziş İsrailin uğursuzluqlarını ağırlaşdırmaqla Kuneytra, Dərya və əs-Suveyd rayonlarında yaraqlıların Suriyaya müttəfiq qoşunlarla döyüşünü çətinləşdirib.
İordaniya. Əmmanda bu cənub zonasının təhlükəsizləşdirilməsi monitorinqi təzəlikcə işə düşüb və ehtimal ki, iordaniyalıları Suriya ilə şimal sərhədini təmin etməyə və normallaşdırmağa məcbur edəcək. İordaniyalılar bu yay əvvəllər Səudiyyə Ərəbistanının başçılıq etdiyi (və İsrailin dəstəklədiyi), İranın təsirini boğmağa səy edən müsəlman dövlətlərinin alyasında idi. İordaniya o zaman İran döyüşçülərinin Suriya ilə sərhəddən uzaqlaşdırılmasına bərk təkid edirdi. Bu gün bu alyans fikir müxtəlifliyi üzündən dağılıb və görünür, iordaniyalılar bölgəsəl mövqelərini yenidən nəzərdən keçirəcək, həmçinin Rusiya, İran və Türkiyənin "təhlükəsizlik zonaları"nı qəbul edəcəklər.
Cənubun təhlükəsizləşdirilməsi haqda ABŞ-la Rusiya arasında əldə edilmiş sazişin şərtləri məxfidir və İranla "Hizbullah"ın Suriyadakı nüfuzunun azalacağının xeyrinə konkret arqumentlər yoxdur. Bu bildirir ki, İsrail Suriya hökumətinin cənuba nəzarətinə mane olan islamçı yaraqlılara daha güvənə bilməz. Trəbildə İraqla sərhəd keçidini bu yaxınlarda açmış İordaniya isə indi Suriya ilə Nəsib sərhəd keçidini açır. Bu addımın dividendləri İordaniyanın tükənmiş xəzinəsinə 1-2 milyard dollar gətirə bilər – iordaniyalıların Suriya ilə yaxşı davranması üçün çox yaxşı səbəbdir.
Türkiyə. İordaniyanın siyasi "şaxələnməsi" nə zamansa Bəşər Əsədin ən qızğın tənqidçisi və mühüm silah və yaraqlı tədarükçüsü Türkiyə prezidenti Rəcəb Ərdoğanın Əmmana səfərindən birbaşa sonra baş verib. Ərdoğan Səudiyyə Ərəbistanının İrana qarşı yönəlik "ərəb NATO-su" layihəsi ilə qısamüddətli dilxoşluqdan sonra ruslar və iranlılarla oynamağa dönüb. İordaniya KİV-ləri hətta iddia edir ki, Türkiyə prezidenti İranla vasitəçiliyi əlaqələndirməyi təklif edib ki, İordaniyanın təhlükəsizlik zonalarına mnüasibətdə sürəkli şübhələrini yumşaltsın.
Ərdoğan Əsəd hakimiyyətindəki Suriyanı və yaxud öz sərhədindən cənubda İranın fəal rolunu aşkarca qəbul etməsə də, onu İran-Rusiya orbitinə qaytaran iki hadisə baş verib. Birincisi, Fars körfəzi ölkələri əməkdaşlıq Şurasını bürüyən siyasi böhran – Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn Qətərə qarşı. Qətər də müttəfiqi Türkiyə kimi "Müsəlman qardaşlar"ın aparıcı tərəfdarıdır və İranla siyasi və iqtisadi münasibətlər daxil olmaqla şaxələndirilmiş xarici siyasət aparır. Şuranın Qətərə qarşı həmləsi bu yaxınlara qədər İranyönlü və Səudiyyəyönlü düşərgələrdən ibarət olan bölgədə daha bir uyğunsuzluq yaradıb. Türkiyə və Qətər indi Səudiyyə Ərəbistanı tərəfdən basqını yumşaltmaqla İrana və müttəfiqlərinə yaxınlaşaraq üçüncü düşərgəni yaradır.
HƏMAS. "Müqavimət oxu" haçansa dördlər – İran, Suriya, "Hizbullah" və HƏMAS-ın klubu idi. Lakin Suriyadakı məqsədlərin ziddiyyəti HƏMAS-ı indiyədək olduğu qrupdan çıxartdı. HƏMAS-ın yeni rəhbərliyi bütün ölkələrlə neytral münasibət və İran tərəfindən maliyyələşmə və münasibətlərin bərpasına cəhd edir. Keçən həftə onun başçısı Yəhya Sənvar Qəzada bildirib: "İran maliyyə və silah dəstəyi baxımından "İzəddin əl-Qəssam" briqadasının (HƏMAS-ın hərbi qanadı) ən böyük tərəfdarıdır". Suriya böhranının başa çatacağı və bunun Suriya ilə münasibətlərin bərpası üçün üfüqlər açacağı ümidilə nikbinliyini ifadə edib. Bu, İsrail üçün bildirir ki, Qəzanın HƏMAS sektoru ilə İran arasındakı əlaqənin qırılması başa çatıb, Fələstin müqavimət qrupuna isə silah və yardım gələcək.