KİV: Ağ Ev Netanyahunun Qəzza sülh razılaşmasını pozacağından qorxur Dünya

KİV: Ağ Ev Netanyahunun Qəzza sülh razılaşmasını pozacağından qorxur

ABŞ administrasiyası İsrailin baş naziri Benyamin Netanyahunun prezident Donald Trampın təklif etdiyi Qəzza sülh planını poza biləcəyindən qorxur.

APA xəbər verir ki, bu barədə “The New York Times“ məlumat verib.

Qəzetin adı açıqlanmayan bir neçə yüksək vəzifəli şəxsə istinadən yaydığı məlumatda deyilir ki, administrasiyada Netanyahunun müqaviləni ləğv edə biləcəyi ilə bağlı narahatlıqlar var.

Bildirilir ki, Vaşinqtonun hazırkı strategiyası İsrailin baş nazirini HAMAS-a qarşı genişmiqyaslı hücumunu davam etdirməkdən çəkindirmək üçün prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, vitse-prezident Ceyms Vens və prezidentin kürəkəni Jared Kuşnerin vasitəçiliyindən istifadə etməkdir.

Qəzetin məlumatında qeyd olunur ki, atəşkəs rejimini müzakirə etmək üçün bir sıra ərəb ölkələrindən sazişin imzalanmasına kömək edən tərəflər Qahirədə toplaşıblar. Bundan başqa, ABŞ rəsmiləri anklavda öldürülən girovların cəsədlərinin axtarışı üçün Türkiyə ilə birlikdə qrup formalaşdırmaq məsələsi üzərində də işləyir.