ABŞ və Avstraliya nadir torpaq elementləri ilə bağlı saziş imzalayıb Dünya

ABŞ və Avstraliya nadir torpaq elementləri ilə bağlı saziş imzalayıb

ABŞ və Avstraliya nadir torpaq elementlərinin hasilatına dair saziş imzalayıb.

Sənəd ABŞ prezidenti Donald Tramp və Avstraliyanın baş naziri Entoni Albanese arasında Ağ Evdə keçirilən görüşdə jurnalistlərin iştirakı ilə imzalanıb.

"Təxminən bir ildən sonra biz o qədər kritik minerallara və nadir torpaq elementlərinə sahib olacağıq ki, onlarla nə edəcəyinizi bilməyəcəksiniz. Onların dəyəri 2 dollar olacaq. Bu arada biz Avstraliya və digər ölkələrlə işləyəcəyik", - Trampdeyib.

O həmçinin müqavilənin dörd-beş aydır hazırlanmağa başlandığını deyib.