29 Oktyabr 23:45
29 Oktyabr 23:30
29 Oktyabr 15:09
1 330
Microsoft və OpenAI, ChatGPT istehsalçısının yenidən qurulmasına imkan verən və şirkətin dəyərini 500 milyard dollara çatdıran tarixi bir müqavilə imzaladılar.
Xalqcebhesi.az xəbər verir ki, bu müqavilə OpenAI-ı qeyri-kommersiya fondundan "İctimai Fayda Korporasiyasına" (PBC) çevirir.
Microsoft 135 milyard dollarlıq səhmlərə sahib olacaq
Yeni struktura əsasən, Microsoft OpenAI Group PBC-də təxminən 135 milyard dollar dəyərində 27% paya sahib olacaq. Şirkət bu günə qədər OpenAI-yə 13,8 milyard dollar sərmayə qoyub ki, bu da təxminən 10 dəfə gəlir deməkdir.
Sazişdən sonra Microsoft-un səhmləri 2,5 faiz bahalaşaraq şirkətin bazar dəyərini yenidən 4 trilyon dolları ötüb.
Müqavilə 2032-ci ilə qədər davam edəcək.
Yeni tənzimləmə iki şirkətin ən azı 2032-ci ilə qədər sıx əməkdaşlıqda qalmasını tələb edir. OpenAI Microsoft-un Azure bulud xidmətlərindən 250 milyard dollar dəyərində xidmətlər əldə edəcək. Bunun müqabilində Microsoft artıq OpenAI-a prioritet xidmət göstərmək hüququna malik olmayacaq.
Bundan əlavə, Microsoft OpenAI-nin hazırlayacağı avadanlığa heç bir hüquq əldə etməyəcək. Xatırladığınız kimi, OpenAI 2025-ci ilin mart ayında Apple-ın keçmiş dizayn rəhbəri Jony Ive tərəfindən qurulan io Products startapını 6,5 milyard dollara almışdı.
Məryəm Quliyeva
29 Oktyabr 23:53
532
29 Oktyabr 23:50
539
29 Oktyabr 23:45
574