İslami Cihad və Həmas İsrailli girovun qalıqlarını BQXK-ya təhvil verəcək Dünya

İslami Cihad və Həmas İsrailli girovun qalıqlarını BQXK-ya təhvil verəcək

Fələstinin radikal İslami Cihad təşkilatı və Fələstinin HƏMAS hərəkatı ölən daha bir israilli girovun qalıqlarını Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə HƏMAS-ın Telegram kanalında dərc olunmuş bəyanatda bildirilib.

Bəyanatda deyilir: "(İsrail girovlarının fələstinli məhbuslarla əvəz olunması) müqaviləsinin bir hissəsi olaraq, Saraya əl-Qüds (İslami Cihadın hərbi qanadı olan Qüds Şirkəti) və İzzəddin əl-Qəssam Briqadaları (HƏMAS-ın döyüşçü qanadı) bu gün Qəzza zolağının cənubundakı Xan Yunisin şimalında tapılan girovlardan birinin cəsədini təhvil verəcək". Cəsədin təhvil verilməsinin noyabrın 13-də yerli vaxtla saat 20:00-da baş tutacağı bildirilir.

Məryəm Quliyeva