ABŞ Estoniyaya "HIMARS" təlim mərmiləri verəcək Dünya

ABŞ Estoniyaya "HIMARS" təlim mərmiləri verəcək

ABŞ Estoniyaya "M142 HIMARS" yaylım atəşli reaktiv sistemləri üçün təlim sursatları çatdıracaq. Döyüş mərmilərinin tədarükü məsələsi isə hələlik baxılmaqda davam edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur ölkənin "ERR" milliictimai yayım portalına müsahibəsində bildirib.

"ERR" nazirin bu sözlərini sitat gətirir:

"HIMARS sistemləri ilə bağlı xoş xəbərlər var. Təlim sursatları ilə bağlı məsələ həllini tapıb — ABŞ onların tədarükünə başlayır. Əsas döyüş sursatlarına gəlincə isə: Pentaqon tədarük parametrlərinə yenidən baxmağa hazırdır, lakin yekun qərar hələ qəbul edilməyib. Bununla belə, digər mövqelər üzrə, məsələn, 'Javelin' tank əleyhinə kompleksləri ilə bağlı bütün suallar tamamilə aradan qaldırılıb. Bu günə olan məlumata görə, qeyri-müəyyənlik yalnız 'HIMARS' üçün əsas döyüş sursatları ətrafında qalmaqdadır".

Pevkur həmçinin bəyan edib ki, ABŞ-nin Avropadakı kontingentinin ixtisarı ilə bağlı müzakirələrə baxmayaraq, Amerika qoşunları Estoniyada mövcudluğunu qoruyub saxlayacaq. "Mənə heç kim Estoniyada Amerika bayrağının endiriləcəyini (bölmələrinin geri çəkiləcəyini) söyləməyib", — deyə nazir qeyd edib.

Məryəm Quliyeva