11:44
1 792
ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi İsrail tərəfindən gələn əks-kəşfiyyat təhlükəsinin qiymətləndirilməsini "kritik" səviyyəyə qaldırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə cümə günü "NBC News" telekanalı ABŞ-ın hazırkı və keçmiş rəsmilərinə istinadən məlumat yayıb.
Hesabata görə, bu addım Pentaqon daxilindəki narahatlığı əks etdirir; belə ki, İsrail xüsusi xidmət orqanlarının, Tramp administrasiyasının İranla müharibə və Yaxın Şərqin digər məsələlərinə dair daxili müzakirələri barədə məlumat əldə etməyə çalışdığından şübhələnilir.
İsrailin Vaşinqtondakı səfirliyi bu hesabatı rədd edərək "tamamilə yalan" adlandırıb və ABŞ hökumət rəsmilərinin casusluqla izlənilməsi barədə iddiaları təkzib edib. Ağ Evin nümayəndəsi də bu məlumatları şübhə altına alıb, deyə "NBC" bildirir.
Pentaqon məsələyə şərh verməkdən imtina edib. "NBC" qeyd edir ki, bu qiymətləndirmə ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında İranla müharibə səbəbindən yaranan gərginlik fonunda ortaya çıxıb.
Məryəm Quliyeva