SEPAH: Küveyt və Bəhreyndə 18 ABŞ hədəfinə zərbə endirdik Dünya

SEPAH: Küveyt və Bəhreyndə 18 ABŞ hədəfinə zərbə endirdik

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İranın cənubuna hücumlarına cavab olaraq həyata keçirilən əməliyyatlarla bağlı yazılı açıqlama yayıb.

Açıqlamada ABŞ hücumlarının Bəndər Abbas hava limanını, polis və təhlükəsizlik bölmələrini hədəf aldığı, hava qüvvələri və donanmanın ABŞ bazalarına qarşı cavab zərbələri endirdiyi bildirilib.

Açıqlamada daha sonra iki hücum dalğası ilə Küveytdəki Əli əs-Səlim və Əhməd əl-Cabir hava bazalarında, Bəhreyndə isə Şeyx İsa Hərbi Hava Qüvvələri bazasında ABŞ ordusuna məxsus 18 mühüm hədəfin vurulduğu bildirilib.

"Atəşkəsin pozulması və ABŞ ordusunun ölkənin cənubundakı ərazilərə hücumlarından sonra İran İslam Respublikası Ordusu Bəhreyndə ABŞ-ın 5-ci Donanmasını müxtəlif növ dağıdıcı pilotsuz uçuş aparatları ilə hədəfə alıb", - açıqlamada deyilir.