10 İyun 23:49
10 İyun 23:47
08:32
616
“
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi və Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi “Misir–Azərbaycan Mədəniyyət Günü” adlı birgə tədbir təşkil edib.
Xalqcebhesi.az xəbər verir ki, tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Dr. Şahin Pənahov bildirib ki, Azərbaycan və Misir zəngin tarixə və mədəniyyətə malik qədim dövlətlərdir və bugünkü tədbir sadəcə mədəni bayram deyil, həm də xalqlarımız arasında mövcud olan möhkəm dostluğun aydın təzahürüdür.
Çıxış edən cənab səfir Houssam Eldine Reda vurğulayıb ki, iki ölkə arasındakı münasibətlər xalqlar arasında mövcud olan dərin tarixi və mədəni bağlara əsaslanır. O, həmçinin Şərqşünaslıq fakültəsinin professor-müəllim heyətinə göstərdikləri böyük zəhmətə görə öz təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən tələbələr hər iki ölkənin ən önəmli tarixi abidələri haqqında geniş məlumat veriblər.
Tədbir çərçivəsində Misir piramidalarının tarixi, Misirin məşhur məbədləri və arxeoloji abidələri haqqında təqdimatlar nümayiş etdirilib, eyni zamanda İçərişəhər, Şirvanşahlar Sarayı, Qız Qalası və Azərbaycanın digər görkəmli tarixi abidələri barədə məlumat verilmib.
Tədbirin sonunda Misir səfiri tələbələri fəal iştiraklarına və tədbirin uğurla keçirilməsinə verdikləri töhfəyə görə təltif edib.
O, onlara öz təşəkkürünü və minnətdarlığını ifadə etmiş, təqdimatların hazırlanmasında göstərdikləri məsuliyyət və səylərini yüksək qiymətləndirib.Həmçinin qeyd edib ki, Mədəniyyət Gününün uğurlu keçməsinə səbəb iştirakçıların məsuliyyətli yanaşmasının nəticəsidir.
Cavid
8 İyun 17:32
1 897
8 İyun 13:42
3 472
5 İyun 11:31
3 234

