Mayın əvvəlindən bəri Hörmüz boğazından 800-dən çox ticarət gəmisi keçib
Ukraynanın üç regionunda elektrik enerjisinin kəsilməsi qeydə alınıb
ABŞ-nin İrana yeni zərbələri qeyri-rəsmi olaraq "Şillə" əməliyyatı adlandırılıb
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək
“Münasibətlərin tam normallaşdığını söyləmək hələ mümkün deyil”
10 İyun 16:09
1 925
ABŞ Prezidenti Donald Tramp İranın dəniz blokadasının tarixdəki ən uğurlu blokada olduğunu bəyan edib və onu polad divarla müqayisə edib.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
"Feyk xəbərlər yayan media ABŞ-ın dəniz blokadasının nə qədər uğurlu olduğunu etiraf etmək istəmir, halbuki bu, hərbi dəniz əməliyyatları tarixindəki ən uğurlu blokadadır. Biz istəməsək, oradan heç nə keçə bilməz. Bu, polad divardır! İran heç nə etmir, hərbçilərinə pul ödəmir, heç bir hesabı bağlamır və sürətlə iflas etmiş dövlətə çevrilir. Hörmüz boğazından isə çoxlu neft keçir", — deyə amerikalı lider bildirib.
Məryəm Quliyeva