Dodon: "Moldova hakimiyyəti Rusiya ilə dialoqa başlamalıdır"
Culfada binada yanğın olub, ana və azyaşlı övladı xəsarət alıb - FOTO
Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndəriləcək
“Neftin bundan daha yüksək qiymətə qalxmasının ehtimalı azdır”
Merz: Almaniya Hörmüz boğazında missiyaya qoşulmağa hazırdır
13:19
623
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iştirakçı ölkələrinin onun təşkilatdan çıxarılması ilə bağlı qərarını nəzərə alacaq.
“Armenpress” xəbər verir ki, bu barədə Ermənistanı Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.
“KTMT məsələsi ilə bağlı şərh verə bilmərəm. Bilirəm ki, KTMT-dən xaric edilmə mexanizmi var və o, fəaliyyət göstərir. Əgər iştirakçı ölkələr Ermənistanın KTMT-dən çıxarılması barədə qərar qəbul etsələr, biz bu qərarı nəzərə almağa məcbur olacağıq, biz başqa nə edə bilərik”, — Paşinyan qeyd edib.
Qeyd edək ki, ötən gün Rusiya xarici işlər naziri Sergey Lavrov KTMT-nin Ermənistanın təşkilatdan mümkün xaric edilməsi məsələsini nəzərdən keçirəcəyini bildirib.