Polşa ordusu Ukraynadakı partlayışlar fonunda qırıcıları havaya qaldırıb Gündəm

Polşa ordusu Ukraynadakı partlayışlar fonunda qırıcıları havaya qaldırıb

Ukrayna ərazisindəki partlayışlar fonunda Polşa hərbçiləri qırıcı təyyarələri havaya qaldırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

"Yerüstü hava hücumundan müdafiə (HHM) sistemləri və radiolokasiya kəşfiyyatı tam hazır vəziyyətə gətirilib", — deyə nəşrdə bildirilir.

Qurum qeyd edib ki, bu tədbirlər qabaqlayıcı xarakter daşıyır və təhlükəsizliyin təmin edilməsinə, eləcə də hava məkanının qorunmasına yönəlib.

Məryəm Quliyeva