11:15
791
Moldovanın Baş naziri Aleksandr Muntyanu öz prinsip və əqidələrinə sadiq qala bilmədiyi üçün istefa verdiyini açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Muntyanu Facebook sosial şəbəkəsində yazıb.
"Bu gün mən baş nazir statusunda mandatımı başa vururam. Mən baş nazir olmaq təklifini böyük məsuliyyətlə və yaxşılığa doğru dəyişikliklərə töhfə verə biləcəyimə dair daxili inamla qəbul etmişdim. Mandatımı riayət etdiyim prinsip və əqidələrə uyğun olaraq daha icra edə bilməyəcəyimi anladığım an getməyi seçirəm", — deyə o, bildirib.
Məryəm Quliyeva