İsrail ordusu İordan çayının qərb sahilində terror şübhəsi ilə 8 fələstinlini saxlayıb​​​​​​​ Dünya

İsrail ordusu İordan çayının qərb sahilində terror şübhəsi ilə 8 fələstinlini saxlayıb​​​​​​​

İsrail əsgərləri İordan çayının qərb sahilindəki Muxmas kəndi yaxınlığında keçirilən reyd zamanı terror fəaliyyətində iştirakda şübhəli bilinərək axtarışda olan səkkiz fələstinlini saxlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.

"Əsgərlər Muxmas yaşayış məntəqəsi yaxınlığında axtarışda olan səkkiz nəfəri saxlayıblar. SAXAL terrorizmin qarşısını almaq və terrorçuları yaxalamaq üçün bütün Yəhudiya və Samariyada (İordan çayının qərb sahilinin İsrail tərəfindən adlandırılması) əməliyyatları davam etdirir", — deyə bəyanatda bildirilir.

Qurumdan qeyd ediblər ki, saxlanılan şəxslər "İsrailin mülki vətəndaşlarını təqib etməkdə və onlara hücum etməkdə şübhəli bilinirlər".

Məryəm Quliyeva