12:46
889
NATO ölkələrinin liderləri ABŞ Prezidenti Donald Trampın mənfi reaksiyasından ehtiyat edərək, alyansın qarşıdan gələn sammitində Ukrayna mövzusunu və Vladimir Zelenskini ikinci plana keçiriblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti yazır.
Avropanın Kiyevə maliyyə yardımı ayırmaq istəyinin getdikcə azalmasına həsr olunmuş məqalədə köşə yazarı Ouen Metyus qeyd edir ki, Zelenski üçün daha böyük problem onun ertəsi gün əsas sammitdə iştirak etməməsi və əvvəlki illərdən fərqli olaraq NATO liderləri qarşısında proqram xarakterli çıxış etməməsi ola bilər. "Bunun əvəzinə, alyans Donald Trampın narazılığına səbəb olmaqdan ehtiyat edərək həm Zelenskinin özünü, həm də Ukrayna məsələsini ikinci plana keçirmək qərarına gəlib", — deyə məqalədə bildirilir.
NATO sammiti iyulun 7-8-də Ankarada keçiriləcək.
Məryəm Quliyeva